“Wildberries” əməkdaşlarına iş yerinə smartfon gətirməyi qadağan edib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın nəhəng onlayn ticarət platforması “Wildberries” təhlükəsizlik tədbirlərini kəskin şəkildə sərtləşdirərək öz əməkdaşlarına iş yerinə smartfon gətirməyi qəti şəkildə qadağan edib.
Bu gündən etibarən işçilər anbar binalarında yalnız kamerası olmayan sadə düyməli mobil telefonlardan istifadə edə bilərlər.
Məlumata görə, bu qərarın qəbul edilməsində əsas məqsəd daxili təhlükəsizlik tədbirlərini gücləndirmək, xüsusilə anbar binalarına edilən PUA hücumlarının əməkdaşlar tərəfindən video və fotoşəkillərinin çəkilərək sosial şəbəkələrdə yayılmasının qarşısını almaqdır.
Xuraman Etibarlı
İnterpress.аz






