Türkiyədə millət vəkili və məşhur jurnalist barəsində Ərdoğanı təhqir etmək ittihamı ilə araşdırma başlanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyədə bu gün iki tanınmış ictimai-siyasi xadim – Türkiyə İşçi Partiyasından (TİP) olan İstanbul millət vəkili Sera Kadıgil və tanınmış jurnalist Ertuğrul Özkök barəsində Prezident Rəcəb Tayyib Ərdoğanı “təhqir etmək” ittihamı ilə rəsmi istintaq araşdırmalarına başlanılıb.
Məlumata görə, hər iki şəxsin müxtəlif dövrlərdəki ictimai çıxışlarında və yazılarında dövlət başçısının ünvanına təhqiramiz ifadələr işlətdiyi iddia olunur.
Prokurorluq tərəfindən açılan rəsmi iş çərçivəsində müvafiq hüquqi prosedurlara start verilib.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, prezidenti təhqir etmək birbaşa cinayət məsuliyyəti yaradır.
Bu maddə üzrə ölkədə mütəmadi olaraq fərqli müxalif siyasətçilər, jurnalistlər və media nümayəndələri barəsində araşdırmalar aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






