Kriştianu Ronaldonun toyunda böyük GÖRÜŞ: Həbib və Konor eyni məclisə DƏVƏT ALDIbackend

Kriştianu Ronaldonun toyunda böyük GÖRÜŞ: Həbib və Konor eyni məclisə DƏVƏT ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbib Nurməhəmmədov və Konor Makqreqor Kriştianu Ronaldonun toyunda üz-üzə gələ bilərlər.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

UFC-nin iki keçmiş çempionu və əzəli rəqiblər – rusiyalı Həbib Nurməhəmmədov ilə irlandiyalı Konor Makqreqor portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldonun toyunda görüşə bilərlər.

Hər iki idmançı ulduz futbolçunun sevgilisi Corcina Rodriqeslə planlaşdırılan toy mərasiminə rəsmi dəvətnamə alıb.

İdman mətbuatında yayılan xəbərlərə görə, uzun müddətdir aralarında ciddi şəxsi və idman gərginliyi olan Həbib və Konorun eyni toy məclisində iştirak edib-etməyəcəyi böyük maraq və müzakirə doğurur.

Ronaldonun toy mərasiminin son dərəcə təmtəraqlı keçəcəyi və dünya şöhrətli bir çox digər ulduz qonaqların da bura dəvət edildiyi bildirilir.

İki əfsanəvi döyüşçünün toyda eyni məkanda bir araya gəlib-gəlməyəcəyi isə hazırda qlobal idman mediasının əsas diqqət mərkəzindədir.

Xuraman Etibarlı

İnterpress.аz