Krasnoyarskda yanğından xilas edilən “Kuzya” adlı ayının onurğasından çoxsaylı xəsarətlər alıb
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Krasnoyarskdan müalicə üçün Moskvaya gətirilən “Kuzya” adlı ayının onurğa sütununda çoxsaylı ağır zədələr qeydə alınıb.
“Zemlya prayda” heyvan sığınacağından verilən rəsmi məlumata görə, heyvanın yenidən pəncələri üzərində sərbəst ayağa qalxmaq və yerimək şansı olduqca aşağı qiymətləndirilir.
Kuzya bir müddət əvvəl Krasnoyarsk yaxınlığında baş verən meşə yanğını zamanı ağır və yaralı vəziyyətdə xilas edilib.
Bölgədəki dövlət zooparkları ağır xəsarətləri olan bu heyvanı qəbul etməkdən imtina etdiklərindən ona yerli kafelərdən birinin xeyirxah sahibləri müvəqqəti sahib çıxmışdılar.
Hazırda Moskvada peşəkar baytarlar tərəfindən müayinə olunan ayının onurğa sütununda kəskin zədələr aşkarlanıb.
Sığınacaq rəhbərliyi onun müalicəsi üçün əllərindən gələni edəcəklərini, lakin tam sağalma ehtimalının çox az olduğunu bildirib.

Xuraman Etibarlı
İnterpress.аz






