Alla Puqaçova məşhur ticarət nişanı üzərindəki bütün hüquqlarını rəsmən İTİRDİbackend

Alla Puqaçova məşhur ticarət nişanı üzərindəki bütün hüquqlarını rəsmən İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alla Puqaçova 1996-cı ildən sahib olduğu “Baronessa fon Orbax” ticarət markasını itirib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın estrada ulduzu Alla Puqaçova 1996-cı ildən bəri sahib olduğu “Baronessa fon Orbax” (Baroness von Orbach) rəsmi ticarət nişanı üzərindəki hüquqlarını tamamilə itirib.

90-cı illərdə primadonna keçmiş əri Mikolas Orbakasın nəsil şəcərəsi vasitəsilə baronessa tituluna olan hüququnu təsdiqləməyə çalışıb.

İddialara görə, onun əcdadları arasında Litva baronu fon Orbax olub, lakin bu rəsmi qohumluq əlaqəsini sübut etmək mümkün olmayıb.

Nəticədə zadəgan titulu ala bilməyən ifaçı həmin adla rəsmi ticarət markası yaratmaqla kifayətlənib.

Puqaçova bu marka altında parfümeriya, alkoqol və xüsusi geyim məhsulları istehsal edə bilərdi. Lakin avqustun 2-də o, bu imkandan rəsmən məhrum olub.

Belə ki, ticarət nişanının qeydiyyat müddəti başa çatıb və müğənni cəmi 22 min rubl (təxminən 471 manat) dövlət rüsumu olan qeydiyyatın uzadılması barədə ərizəni vaxtında təqdim etməyib.

Xuraman Etibarlı

İnterpress.аz