“Geely” spirtlə işləyən yeni hibrid sedan TƏQDİM ETDİ – FOTObackend

“Geely” spirtlə işləyən yeni hibrid sedan TƏQDİM ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Geely” spirtdən yanacaq kimi istifadə edə bilən yeni “Galaxy Starshine 6 EF” hibrid sedanını təqdim edib

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çinin məşhur avtomobil istehsalçısı “Geely” rəsmi olaraq spirtlə (metanol) işləyə bilən yeni “Galaxy Starshine 6 EF” hibrid sedanını təqdim edib.

Avtomobil çəndəki yanacağın tərkibini avtomatik təyin edən və mühərrikin işini hərəkət zamanı dərhal uyğunlaşdıran intellektual sistemlə təchiz olunub.

Sürücülər yanacaq çəninə istənilən nisbətdə benzin və metanol tökə bilərlər. Avtomobilin daxili elektronika sistemi özü avtomatik olaraq lazım olan yanacaq yeridilməsi və alışma parametrlərini tənzimləyir.

Həmçinin, “Geely” metanol mühərriklərinin ən böyük problemi olan sərt şaxtada mühərrikin işə salınması çətinliyini tamamilə həll etdiyini bəyan edib.

Yeni güc qurğusu fərqli iqlim şəraitində, ümumilikdə 2 milyon kilometrdən çox sınaq yollarında uğurla yoxlanılıb.

Avtomobil bazarında böyük maraq doğuran bu fərqli hibrid sedanın rəsmi satış qiymətləri və bazara çıxış tarixləri barədə hələlik heç bir rəsmi məlumat açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.аz