Xoşqədəm: “İlk xəncəri o vurdu…“backend

Xoşqədəm: “İlk xəncəri o vurdu…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İllərdir getdiyim yollarda kimlərlə qarşılaşdım, kimləri tanıdım, kimlərdən zərbə aldım… Kimə dost dedim, ilk xəncəri o vurdu…”

Yenisabah.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.

Hava limanından görüntülərini paylaşan aparıcı kariyerasında aldığı zərbələrdən danışıb:

“26 illik bir yol hekayəm var. İllərdir getdiyim yollarda kimlərlə qarşılaşdım, kimləri tanıdım, kimlərdən zərbə aldım… Kimə dost dedim, ilk xəncəri o vurdu… Kiminin göz yaşına inandım, ilk aldadan o oldu. Bu yollarda aldığım yaralarla addımladım, yıxıldım, qalxdım, amma sonda yenə ayaqda durmağı bacardım. Mən o yaralarla addımlayanda heç bir xəyalımdan əl çəkmədim. Xəyallarınızdan əl çəkməyin, yolunuza daşlar da atılacaq, dost simalı düşmənlər də çıxacaq. Onlara fikir vermədən addımlayın”.

 

Xoşqədəm: “İlk xəncəri o vurdu...“