YAP funksioneri fəaliyyətini “Tik-Tok”a köçürdü – gülüş obyektinə çevrildi – FOTObackend

YAP funksioneri fəaliyyətini “Tik-Tok”a köçürdü – gülüş obyektinə çevrildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov özünə “Tik-Tok” səhifəsi açıb.

İnterpress.az xəbər verir ki, YAP funksionerinin “Tik-Tok” sosial şəbəkəsindən istifadəsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Maraqlı olan odur ki, məhdud ictimaiyyətin tanıdığı H.Misirov “Tik-Tok” hesabının adına, adətən, şou-biznes nümayəndələrinə xas olan “official” ibarəsi də əlavə edib.

Digər maraqlı məqam ondan ibarətdir ki, təşkilat sədri bütün dünyanın “Tik-Tok”dan imtina etməyə hazırlaşdığı, hətta bir sıra ölkələrdə məmurlara istifadəsi qadağan edildiyi bir zamanda bu sosial şəbəkəyə daxil olmağı qərara alıb.