YAP özünü buraxır? – Hakim partiyadan AÇIQLAMAbackend

YAP özünü buraxır? – Hakim partiyadan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar YAP-ın daxilində baş verən proseslər bu partiyanın buraxılmasına gətirib çıxara bilər. Siyasi çevrələrdə hakim partiyanın tezliklə buraxılacağı və onun bazasında yeni siyasi təşkilatın yaranacağı iddia olunur. 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclis deputatı Aydın Mirzəzadə səsləndirilən iddiaların heç bir əsasının olmadığını vurğulayıb:

“YAP möhkəm əsaslar üzərində qurulub, cəmiyyətin aparıcı siyasi qüvvəsidir, onun tələblərinə cavab verən təkliflərlə çıxış edir, insanlarla işləyir, ölkənin qüdrətlənməsi üçün böyük işlər görür və hesab edirəm ki, bu cür fikirlər sadəcə olaraq YAP-ın uğurlarını gözü götürməyən qüvvələr tərəfindən irəli sürülür”.

Son vaxtlar qocaman YAP-çıların intim görüntülərinin yayılması barədə sualı isə millət vəkili şərh vermək istəməyib.

Sayad Həsənli

YAP özünü buraxır? - Hakim partiyadan  AÇIQLAMA