Sudanda qarşıdurmaların şiddətlənməsindən sonra Yaponiya öz vətəndaşlarını və ailələrini Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus təyyarə ilə Cibutiyə təxliyə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa, 41-i Yaponiya vətəndaşı və 4-ü ailə üzvü olmaqla 45 nəfərin ASDF təyyarəsi ilə Port Sudandan Cibutiyə aparıldığını açıqlayıb.
Hökumət Yaponiya xarici işlər nazirinin böyük müavini Takei Şunsukenin təxliyyə edilmiş yaponların geri dönüş uçuşlarının təşkili üçün Cibutiyə göndərildiyini bildirib.
Yaponiyanın Baş naziri Kişida Fumio Yaponiya vətəndaşlarının uğurlu təxliyəsi üçün müvafiq ölkələrlə əlaqə saxladıqlarını və bunun üçün hər cür səy göstərəcəklərini söyləyib.
Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu verdiyi açıqlamada, ölkəsinin Xartum səfirliyinin əməkdaşları da daxil olmaqla, təxliyyə edilən yapon vətəndaşları arasında xəsarət alan olmadığını bildirib.