Yaponiyada 6,1 bal gücündə zəlzələ baş veribbackend

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Yerli vaxtla saat 18:18-də və 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı edilməyib.

Zəlzələ ətrafdakı İvate, Miyaqi və Hokkaydo bölgəsinin şimalında hiss olunub.

Bölgəyə xidmət edən Tohoku, Joetsu və Hokurikuya yüksək sürətli qatar xidmətlərinin davam etdiyi açıqlandı.