Yaponiyada bütün manqustlar MƏHV EDİLDİ – MARAQLI SƏBƏBbackend

Yaponiyada bütün manqustlar MƏHV EDİLDİ – MARAQLI SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada manqustlar məhv edilib. 

interpress.az xəbər verir ki, bu barədə Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi xüsusi yaradılmış ekspertlər qrupunun hesabatı əsasında rəsmi məlumat yayıb.

Yaponiya hakimiyyəti çoxillik əməliyyat nəticəsində ölkənin cənub-qərbindəki Amami Oshima adasının təbiətinə ciddi ziyan vuran manqustları tamamilə məhv edib.

Manqustlar unikal flora və faunaya malik ekosistem kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

1979-cu ildə sahəsi 712,4 kvadratmetr.km olan Amami Oshimaya  son dərəcə təhlükəli zəhərli Habu ilanları ilə mübarizə aparmaq üçün təxminən 30 manqust gətirildi.

Ancaq bunun səhv olduğu ortaya çıxdı, çünki Habu gecə yaşayır və manqustlar gündüz saatlarında ov edirlər. Nəticədə, bu məməli yırtıcılar kiçik heyvanları və adanın unikal təbiətinin digər nümayəndələrini məhv etməyə və ev quşlarına hücum etməyə başladılar.

Xüsusilə, yalnız Amami Oshima cəngəlliklərində yaşayan qara dovşanların sayı demək olar ki, 80% azalıb. Eyni zamanda, əsrin əvvəllərində adada təxminən 10 min manqust qeydə alınıb.

Onların məhv edilməsi əməliyyatına 2000-ci ildə xüsusi qəbul olunmuş qanunvericilik əsasında başlanılıb. Adada, xüsusilə, 30 min tələ qurulub və xüsusi ovçu dəstələri fəaliyyətə başlayıb. 2018-ci ildən bəri manqustlar tələyə düşməyi dayandırıb və indi avtomatik videokameralardan istifadə edərək bir neçə illik müşahidələrdən sonra mütəxəssislər bu heyvanların 99,7% ehtimalla tamamilə yoxa çıxdığı qənaətinə gəliblər.

Eyni əməliyyat indi daha böyük cənub Okinava adasında davam edir, buraya da manqustlar Habu ilanlarına nəzarət etmək üçün gətirilib.

Xuraman Etibarlı

İnterpress.az