Yaponiya hökuməti ölkənin cənub-qərbində hərbi helikopterin radarlardan itdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Quru Özünümüdafiə Qüvvələrinə aid hərbi helikopter təxminən radarlardan itib.
Hadisə yerli vaxtla saat 16.30-da Okinava əyalətinin cənub-qərbindəki Miyakojima adasından 18 kilometr cənub-qərbdə baş verib.
GSDF-nin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus UH-60JA tipli çoxməqsədli helikopterdə 2 pilot, 2 texniki və 6 şəxsi heyət olub.
Özünümüdafiə Qüvvələri (SDF) və Yaponiya Sahil Mühafizəsi helikopterin axtarış-xilasetmə işlərini davam etdirir.