Yaponiyada itmiş hərbi helikopterə aid olduğu güman edilən qalıqlar tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Axtarış-xilasetmə əməliyyatı zamanı dənizdə təyyarənin hissələri olduğu düşünülən qalıqlar aşkar edilib.
Black Hawk kimi tanınan UH60 helikopteri cümə axşamı Miyako adası yaxınlığında radar ekranlarından itib.
Hərbçilər Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (GSDF) istifadə etdiyi dörd qanadlı, iki mühərrikli nəqliyyat helikopterinin yerli vaxtla saat 15:55 radələrində yoxa çıxdığını bildirib.
O, itkin düşən zaman yerli ərazidə axtarış aparıb.
Dənizdə neft və rotor qanadının bir hissəsi ola biləcək əşyalar tapılıb.
Tayvanın təxminən 400 km şərqində yerləşən Miyako adasında GSDF raket bölməsi yerləşir.