Yaponiyada qasırğa, daşqın və sürüşmə ilə bağlı xəbərdarlıq edilibbackend

Yaponiyada qasırğa, daşqın və sürüşmə ilə bağlı xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Asiyada meydana gələn tropik Mavar qasırğasının tüğyan etdiyi Yaponiyada daşqın və sürüşmə ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkənin cənub-qərb bölgəsini vuran tropik Mavar tayfunu ilə bağlı xəbərdarlıqlarını yeniləyib.

Sakit Okeandakı əyalətlər üçün daşqın və sürüşmə xəbərdarlığı edən JMA, Koçi də daxil olmaqla bəzi bölgələrdə müvəqqəti təxliyə çağırışı edib.

Bildirilib ki, sürətini saatda 160 kilometrdən çox artırması qeydə alınan qasırğanın ölkənin qərbindəki Okinavaya doğru istiqamətlənəcəyi gözlənilir.

Şikoku və Kinki bölgələrində “həyat üçün təhlükə yaradan təbii fəlakətlər” barədə xəbərdarlıq edən agentlik, 9 metrlik dalğaların Okinava sahillərinə çata biləcəyini açıqlayıb.

Mayın 24-də güclü külək və yağışla ABŞ-ın Quam adasını “Mavar” qasırğası vurub, adanın əksər hissəsində elektrik enerjisi kəsilib, sakinlərin əksəriyyəti təxliyə edilib.

Quam Milli Hava Xidməti (NWS) 4-cü kateqoriyalı tayfunun Quamın şimal hissəsindən keçdiyini və küləyin sürətinin saatda 230 kilometrə çatdığını bildirib.

ABŞ prezidenti Co Bayden də ABŞ-ın Sakit Okeandakı xarici ərazisi olan Quam adasında “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.