“YAŞAT” Fonduna yığılan vəsaitin 76 milyonu pul hara xərclənib? – STATİSTİKAbackend

“YAŞAT” Fonduna yığılan vəsaitin 76 milyonu pul hara xərclənib? – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YAŞAT” Fonduna daxil olan vəsaitin 75 780 162.18 manatı xərclənib.

Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Fonddan məlumat verilib.

Bildirilib ki, vəsaitin 42 milyon manata yaxını məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunub.

Bundan əlavə, 25 milyondan çoxu tibbi xərclərin ödənilməsi, 7 milyondan çoxu borc öhdəliklərinin qarşılanması, 2 milyondan çoxu isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına xərclənib.

Qeyd edək ki, Fonda indiyədək 77 598 762.06 manat vəsait yığılıb.

Hazırda Fondda 1 818 599.88 manat vəsait qalıb.