Yəməndə üsyançı husilərin nəzarəti altında olan Sənada yardım paylanması zamanı izdiham yaranıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İlkin məlumata görə, izdihamda 79 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Fitr bayramından əvvəl Sənada bəzi iş adamları xeyriyyə məqsədilə pul paylamaq istəyiblər.
Lakin paylama zamanı izdiham yaşanıb. İzdihamda 79 nəfər həlak olub.
Xəstəxanaya çatdırılan yaralıların sayı 100-ü ötüb. Bölüşdürməyə görə məsuliyyət daşıyan şəxslər saxlanılarkən, hadisə ilə bağlı istintaq başladılıb.
Yəməndəki vətəndaş müharibəsi səbəbindən ölkənin təxminən 22 milyonluq əhalisinin üçdə ikisi humanitar yardımdan asılı vəziyyətə düşüb.