Yeni Zelandiyanın bəzi bölgələrində baş verən iki tornado nəticəsində 50 evə ziyan dəyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Yeni Zelandiyanın Tasman və Şərqi Oklend bölgələrində 16 saat fərqlə 2 tornado baş verib.
Yeni Zelandiyada dünən ölkənin əksər hissəsi, xüsusilə Şimal adaları üçün “güclü leysan” xəbərdarlığı edilib.
Ölkənin cənubundakı Nelson və Taranaki istirahət yerləri üçün güclü yağış xəbərdarlığı edilib.
Plenti körfəzi, Kapiti-Horowhenua, Tararua, Vairarapa, Marlboro və Vestlenddə də güclü yağış gözlənilir.