Yeniyetmə 12 il müddətinə azadlıqdan məhrum edilibbackend

Yeniyetmə 12 il müddətinə azadlıqdan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Zuqdidi Rayon Məhkəməsi yeniyetməni Zuqdidi şəhərinin Mesxia küçəsində baş vermiş qətldə təqsirli bilib.

İnterpress.az xəbər verir ki, bu qərarı Zuqdidi Rayon Məhkəməsinin hakimi Şota Biçaia elan edib.

Hakim azyaşlıya 12 il həbs cəzası verib. Bu, ittiham irəli sürülən maddənin yetkinlik yaşına çatmayan şəxs üçün nəzərdə tutduğu maksimum cəzadır.

Saxlanılan şəxsin anası hökmlə razılaşmır və oğlunun günahsız olduğunu iddia edir. O, qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Zuqdididə, Mesxia küçəsi yaxınlığında onlarla yeniyetmə arasında qarşıdurma qətllə nəticələnib. 14 yaşlı Saba Mamporia döş qəfəsindən aldığı soyuq silah yarasından xəstəxanaya aparılmazdan əvvəl dünyasını dəyişib. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən bir nəfər saxlanılıb.