Yol tikintisi zamanı partlayış: 4 nəfər ölübbackend

Yol tikintisi zamanı partlayış: 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada yol tikintisi işləri zamanı baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Səlahiyyətlilər partlayışın yerli vaxtla saat 01:00 radələrində ölkənin cənubundakı Valça bölgəsindəki Kalimanesti şəhərində baş verdiyini açıqlayıb. Yol tikintisi zamanı fəhlələr təbii qaz xəttini zədələyib və baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Hadisə zamanı yaralanan 5 nəfər Adjud qəsəbəsindəki xəstəxanaya aparılıb.

Yanğınsöndürmə işləri zamanı partlayışın baş verdiyi ərazinin bir hissəsi nəqliyyata bağlanıb.