YouTube iki ildən sonra Trampın hesabını blokdan çıxarıbbackend

YouTube iki ildən sonra Trampın hesabını blokdan çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YouTube” sosial şəbəkə platforması ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabına qoyulan qadağanı aradan qaldırdığını açıqlayıb.

İnterpress.az xəbər verir ki,platformanın YouTubeInsider Twitter hesabında deyilir: “Bu gündən etibarən Donald J. Trump kanalı artıq məhdudlaşdırılmır və yeni məzmun yükləyə bilər”.

Bu gündən etibarən Donald Tramp YouTube-un reklam siyasətlərinə uyğun olaraq, YouTube kanalında 2,6 milyondan çox izləyici toplaya və prezidentlik kampaniyası üçün YouTube reklamları ala biləcək.

YouTube 2021-ci il yanvarın 6-da Konqresin basqınından sonra Trampın kanalındakı videoları “zorakılığa təşviq edə biləcəyi” səbəbi ilə sildikdən sonra onun kanalını dayandırıb.