Çanaqqalanın Ayvacık rayonu sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 48 qanunsuz miqrant xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sahil Təhlükəsizlik Şimali Ege Qrup Komandanlığı qrupları Ayvacık açıqlarında rezin qayıqda nizamsız miqrantlar aşkar edib.
Bölgəyə istiqamətlənən “TCSG-6” qayıq komandası Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan Yəmən, Suriya və Fələstindən olan 48 qeyri-qanuni miqrantı xilas edib.
İlçe Jandarma Komandanlığı qruplarının dəstəyi ilə gəmidən endirilən əcnəbilər əməliyyatlardan sonra Ayvacık Əcnəbilərin Çıxarılması Mərkəzinə aparılıb.