Fevralın 28-də Yunanıstanda 57 nəfərin öldüyü qatar qəzası ilə bağlı hesabat dərc edilib.
Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.
228 səhifəlik hesabatda ölkədə dəmir yollarının müasirləşdirilməsinin zəruri olduğu bildirilib.
Qəzaya görə Yunanıstan Dəmir Yolları Təşkilatı, Dəmir Yolu Tənzimləmə Qurumunun və həbs edilən stansiya rəisinin məsuliyyət daşıdığı qeyd edilib.
Nəqliyyat Nazirliyinin ekspert komitəsi Yunanıstanda 57 nəfərin öldüyü qatar qəzası ilə bağlı hesabatını açıqlayıb.
228 səhifəlik hesabatda fevralın 28-də baş verən qəzaya görə Yunanıstan Dəmir Yolları Təşkilatı, Dəmir Yolu Tənzimləmə Təşkilatı və mühakimə olunan 59 yaşlı stansiya rəisi göstərilib.
Hesabatda ölkədə dəmir yollarının müasirləşdirilməsinin zəruriliyi də vurğulanıb.
Bildirilib ki, qəza insan səhvi, texnoloji avadanlıq çatışmazlığı və inzibati problemlər kimi amillərin birləşməsi nəticəsində baş verib.
Fevralın 28-də Yunanıstanın Larisa şəhərinin Tembi bölgəsində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində baş verən qəzada 57 nəfər ölüb.