Yunanıstanda yüzlərlə israilli gəmidə BLOKLANDI – VİDEObackend

Yunanıstanda yüzlərlə israilli gəmidə BLOKLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda Fələstin tərəfdarlarının nümayişləri səbəbindən yüzlərlə israilli gəmidən düşə bilmir.

İnterpress.az xəbər verir ki, bu barədə Yunanıstan mediası yazıb.

Yunanıstanın Siros adasına gələn yüzlərlə israilli burada Fələstini dəstəkləyən nümayişlər səbəbindən gəmidən düşə bilmir.

Hazırda Yunanıstan polisi adada təhlükəsizlik tədbirlərini gücləndirir. Gəmidəki sərnişinlərdən biri deyib ki, bu nümayiş yəqin ki, əvvəlcədən planlaşdırılıb.

İsrailin xarici işlər naziri Saar telefon danışığı zamanı yunan həmkarından insidentin həlli üçün müdaxilə etməsini istəyib.

Xuraman Etibarlı

İnterpress.az