Yunanıstandan qaçan 56 qanunsuz miqrant xilas edilibbackend

Yunanıstandan qaçan 56 qanunsuz miqrant xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstandan qaçan 56 qanunsuz miqrant Türkiyədə – Aydının Kuşadası rayonunda xilas edilib.

Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.

Sahil Mühafizə Komandanlığından verilən məlumata görə, bir qrup nizamsız miqrantın Kuşadası sahillərində rezin qayıqda olması xəbəri üzərinə bölgəyə sahil mühafizə gəmisi göndərilib.

Qruplar Yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan 56 qeyri-qanuni miqrantı xilas edib.

Xarici vətəndaşlar əməliyyatlarının ardından İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.