Zambiyada vitse-prezidentin helikopteri QƏZAYA UĞRADIbackend

Zambiyada vitse-prezidentin helikopteri QƏZAYA UĞRADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zambiyanın vitse-prezidentinin olduğu helikopter qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Zambiyanın vitse-prezidentini daşıyan helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

İlkin məlumatlara görə, baş vermiş qəza nəticəsində rəsmi dövlət nümayəndəsi olan qadın vitse-prezident ciddi xəsarət almayıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadaları cəlb edilib.

Yerli hökumət rəsmiləri vitse-prezidentin səhhətinin yaxşı olduğunu və hazırda tam təhlükəsiz şəraitdə olduğunu təsdiqləyiblər.

Helikopterin qəzaya uğrama səbəbləri, eləcə də göyərtədəki digər heyət üzvlərinin və sərnişinlərin vəziyyəti ilə bağlı rəsmi araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az