Zaqatalada 58 yaşlı qadın yol qəzasında ağır yaralandıbackend

Zaqatalada 58 yaşlı qadın yol qəzasında ağır yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1963-cü il təvəllüdlü Abdullayeva Nazilə Şəmsəddin bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona, sol baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

 

 

İnterpress.az