Moskvada kişi zülal əlavələri və intensiv məşqlərdən sonra böyrək çatışmazlığı yaşayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvada yaşayan kişinin hər gün zülal əlavələrindən istifadə etdiyi və intensiv məşqlər etdiyi bildirilir.
Bir müddət sonra onun arterial təzyiqi yüksəlib, baş ağrıları başlayıb və sidiyində zülal aşkarlanıb.
Vəziyyəti ağırlaşan kişi hemodializ müalicəsinə ehtiyac duyub və daha sonra böyrək transplantasiyası keçirib.
Hazırda onun bərpa dövründə olduğu, idman məşqlərinə qayıtmasına isə hələ icazə verilmədiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






