Nepalda 5 mindən çox insan hələ də itkin SAYILIR – FOTObackend

Nepalda 5 mindən çox insan hələ də itkin SAYILIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda daşqından sonra 5 mindən çox insan itkin düşmüş hesab olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.

Ölkədə baş verən genişmiqyaslı daşqın fəlakətindən sonra 5 mindən çox insanın taleyi hələ də məlum deyil. Polis indiyədək 1384 nəfərin öldüyünü rəsmən təsdiqləyib.

İtkinlərin axtarışı davam etdirilir. Yaxınları itkin düşən insanların fotolarını ictimai yerlərdə, o cümlədən paytaxt Katmanduda morqun divarlarında yerləşdiriblər.

Zərərçəkən yaşayış məntəqələrində dağıntıların təmizlənməsi üçün ekskavatorlardan istifadə olunur.

Ölənlərin dağıdılmış evlərin divarları və daşqın nəticəsində yaranan lil və palçıq qatları altında qala biləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az