Ayda şəhərlər qurmaq mümkün olmaya bilər, çünki su ehtiyatı kifayət qədər deyil.
İnterpress.az xəbər verir ki, bu barədə alimlərin araşdırmasına istinadən Rusiya mediası məlumat yayıb.
Alimlərin fikrincə, Ayda hipotetik şəhərin fəaliyyəti üçün mövcud su ehtiyatları kifayət etməyə bilər.
Hesablamalara görə, Ayda qurulacaq şəhərin su ehtiyatı maksimum 100 il ərzində tükənə bilər.
Tədqiqatçılar Ayda uzunmüddətli yaşayış məntəqələrinin yaradılması üçün su ehtiyatlarının əsas məhdudiyyətlərdən biri olduğunu bildirirlər.
Xuraman Etibarlı
İnterpress.az






