Almaniya hərbçiləri Litvaya MƏCBURİ GÖNDƏRİLƏCƏKbackend

Almaniya hərbçiləri Litvaya MƏCBURİ GÖNDƏRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya könüllülər çatmadığı üçün hərbçiləri Litvadakı briqadaya məcburi göndərəcək.

İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin Litvadakı briqadasına hərbçilərin məcburi göndərilməsi barədə göstəriş verib.

Məlumata görə, ilk məcburi təyinatlar payızda başlayacaq və 1000-ə yaxın hərbçini əhatə edə bilər.

2027-ci ilin sonunadək NATO-nun şərq cinahında yerləşən Litvada 4800 alman hərbçi və zabitin daimi xidmət aparması planlaşdırılır. Lakin könüllülərin cəlb edilməsi gözlənilən nəticəni verməyib.

Avqust ayında briqadadakı yerlərin yalnız təxminən 60 faizinin könüllülərlə doldurulduğu bildirilmişdi.

Xüsusilə İT mütəxəssisləri, logistika əməkdaşları, aşpazlar və əsgərlərə ehtiyac olduğu qeyd edilir.

Bundesver hərbçiləri Litvaya köçməyə razı salmaq üçün bir neçə aydır reklam kampaniyaları aparır və ailələri ilə birlikdə ölkəyə tanışlıq səfərləri təşkil edir.

Xuraman Etibarlı

İnterpress.az