Kollec əməkdaşı tələbələrin adına kredit RƏSMİLƏŞDİRİLDİbackend

Kollec əməkdaşı tələbələrin adına kredit RƏSMİLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ussuriyskdə jest dili tərcüməçisi eşitmə məhdudiyyətli tələbələri 500 min rubldan çox ziyana salıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Kollecin əməkdaşı eşitmə məhdudiyyətli iki tələbənin etimadından istifadə edərək onları öz adlarına kredit götürməyə razı salıb. Qadın pulların ona verilməsini, kreditlərin aylıq ödənişlərini isə özü etməyi vəd edib.

Tələbələr banklardan kredit təsdiqi aldıqdan sonra 500 min rubldan (təxminən 10 min manat) çox vəsaiti ona köçürüblər.

Lakin tərcüməçinin kredit öhdəliklərini ödəmədiyi bildirilir. Onun saxlanılmasından sonra daha bir epizod üzə çıxıb.

İddialara görə, qadın başqa bir eşitmə məhdudiyyətli tələbənin telefonunu icazəsiz götürərək mobil tətbiq vasitəsilə 18 min rubl (təxminən 363 manat) kredit rəsmiləşdirib və vəsaiti öz hesabına köçürüb.

Hər iki fakt üzrə işlər bir icraatda birləşdirilib. Qadına külli miqdarda dələduzluq və bank hesabından oğurluq ittihamları irəli sürülüb.

Xuraman Etibarlı

İnterpress.az