Uşaqlar üçün sosial şəbəkə və süni intellektə yaş həddi QOYULACAQbackend

Uşaqlar üçün sosial şəbəkə və süni intellektə yaş həddi QOYULACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-də uşaqlar üçün sosial şəbəkələrə və süni intellekt çatbotlarına yaş məhdudiyyəti tətbiq oluna bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Avropa Komissiyasının Aİ üzrə vahid minimum yaş həddi müəyyən edən KIDS Act qanun layihəsini təqdim edəcəyi bildirilir.

Təşəbbüs uşaqların sosial şəbəkələrə, onlayn oyunlara, video platformalara və süni intellekt çatbotları və yoldaşlarına çıxışının müəyyən yaşadək məhdudlaşdırılmasını nəzərdə tutur.

Məlumata görə, təhsil xidmətləri yeni məhdudiyyətlərdən kənarda saxlanılacaq.

Xuraman Etibarlı

İnterpress.az