Qərbi Azərbaycanlı gənclər arasında mini-futbol çempionatı keçirildi – FOTOLARbackend

Qərbi Azərbaycanlı gənclər arasında mini-futbol çempionatı keçirildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amasiya kəndləri arasında II mini-futbol çempionatı baş tutub.

İnterpress.az xəbər verir ki, 13 sentyabr 2026-cı il tarixində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndləri arasında II mini-futbol çempionatının açılış mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da iştirak edib.

Açılış mərasimində şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra qədim “Ağbaba” yallısı ifa olunub.

Amasiya kəndlərini bir araya gətirən çempionat gənclərin idmana marağının artırılması, Qərbi Azərbaycan icması daxilində birlik və həmrəyliyin gücləndirilməsi, eləcə də milli yaddaşın qorunması baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilib.

Millət vəkili Tənzilə Rüstəmxanlı çempionatın təşkilatçılarına təşəkkürünü bildirib, yarışda iştirak edən bütün komandalara uğurlar arzulayıb.