Nyu-Yorkda cütlük metro relslərində oturaraq qatarın altında qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Nyu-Yorkda bir kişi və qadın metro relslərinə çıxaraq qucaqlaşmış vəziyyətdə relslərin üzərində oturublar.
Onlar hərəkətdə olan qatarın qarşısından çəkilməyib və nəticədə qatarın altında qalıblar.
Hər iki şəxs hadisə yerində həyatını itirib. Hadisənin təfərrüatları və onların relslərə hansı səbəbdən çıxdıqları araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






