Sankt-Peterburqda 7 yaşlı əkizlərin meyitləri mənzildə aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Sankt-Peterburq üzrə İstintaq Komitəsinin Baş İdarəsi məlumat yayıb.
Nevski rayonunda, Obuxovskaya Oborona prospektində yerləşən mənzildə 7 yaşlı əkiz qardaşların meyitləri tapılıb. Həkimlər uşaqların ölümünü təsdiqləyiblər və faktla bağlı cinayət işi başlanıb.
Uşaqların meyitlərində zorakılıq əlamətləri aşkarlanmayıb. Hadisə yerində istintaq tədbirləri aparılır, ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün məhkəmə ekspertizaları təyin edilib.
“Fontanka”nın məlumatına görə, hər iki uşaq ağır xəstəlikdən əziyyət çəkib.
Onların eyni vaxtda ölümünə dərmanın yanlış dozada verilməsinin səbəb ola biləcəyi ehtimal edilir. Ekspertlər bu versiyanı təsdiqləməli və ya təkzib etməlidirlər.
Xuraman Etibarlı
İnterpress.az






