Zelenski xalqını hazırlıqlı olmağa çağırdı: “Rusiya yeni raket zərbələri endirəcək”backend

Zelenski xalqını hazırlıqlı olmağa çağırdı: “Rusiya yeni raket zərbələri endirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya yeni raket zərbələri endirəcəyini bəyan edib və öz vətəndaşlarını elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdar edib.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, Zelenski bu barədə bazar günü gecə paylaşdığı videomüraciətdə deyib.

“Biz başa düşürük ki, terrorçular növbəti hücumlar planlaşdırırlar. Təəssüf ki, raketləri olduğu müddətdə onlar sakitləşməyəcəklər”, – o bildirib.

Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin kəsilməsinə diqqət çəkən Ukrayna prezidenti növbəti həftənin də əvvəlki həftə kimi çətin ola biləcəyini vurğulayıb.