“Nüsrət Məmmədov 80-ci illərin sonunda Qırğızıstana köçənlərdəndir. Orda diaspora fəaliyyətinə başladığı dövrdən, diaspora üzvləri arasında parçalanmalar aparıb və vaxtaşırı yalan, böhtan xarakterli məlumatları Azərbaycan mediasına ötürüb. Vəziyyət o yerə çatıb ki, təmsil olunduğu “Azəri” İctimai Birliyinin rəhbərliyi tərəfindən təşkilatdan xaric olunub. Səbəb isə, dələduzluq fəaliyyəti, Azərbaycan dövlətinin rəsmi nümayəndələrinə şər atması, Azərbaycan Respublikasının baş nazirinin müavini birinci müavini, Qırğızıstan-Azərbaycan Hökümətlərarası Komissiyanın həmsədri Yaqub Eyyubovun şəklini yandıracaqları barədə mətbuata gülünc informasiya ötürdüyü üçün qurumun rəhbərliyi onu təşkilatın fəaliyyətindən uzaqlaşdırmaq haqqında qərar qəbul edib”.
Məktubda o da qeyd olunub ki, Nüsrət Məmmədov öz yalançı əməllərini davam etdirirək Qırğızıstanda Heydər Əliyevin adına park salacağı ilə bağlı açıqlmalar verib: “Əslində, bu fəallığın da arxasında Heydər Əliyevə həqiqi sevgi və hörmət yox, şəxsi maraqları dururdu. Nüsrət Məmmədov bir məsələni diqqətə almırdı ki, Qırğızıstan prezidenti Almazbek Atambayev 2012-ci ilin 29-31 mart tarixlərində Bakıya rəsmi səfəri zamanı iki prezident arasında parkın salınacağı ilə razılıq əldə olunmuşdu.
Çünki bu parkın təməli iki prezident tərəfindən qoymalıdırlar. Ulu öndərin adına park dövlət səviyyəsində tikilməlidir. Daha Nüsrət Məmmədov kimi fırıldaqçılar tərəfindən yox. Onun bu parkın salınmasına heç bir hüququ və vəsaiti yoxdur. Onun canfəşanlığının arxasında bir məqsəd dayanır: Bu yolla maddi qazanc əldə etmək və öz maraqlarını həyata keçirtmək. Qırğız dövləti torpaq satmır, torpaq sahəsi dövlət səviyyəsində ayrılır. Bişkek şəhəri meriyasının 11 may 2012-ci il tarixli 135 saylı qərarı ilə Heydər Əliyev adına parkın salınması üçün 5,5 hektar torpaq sahəsi ayrılıb və Bişkek Şəhər Bələdiyyə Mülkiyyət İdarəsinə verilib. Yenə də ortaya belə nəticə çıxır ki, Nüsrət Məmmədov bu yolla maddi qazanc əldə etməyə çalışıb”.
Məktubda daha sonra bildirilir ki, Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi onun fəaliyyətinə nəzarət edərək, biabırçı hərəkətləri, o çümlədən Heydər Əliyev adına parkın özbaşına təməl qoyma mərasimi keçirtmək və Yaqub Eyyubovun şəklinin yandırmaq planlarının qarşısını alıb: “Hələ 2012-ci ilin 9 aprel tarixində park üçün ayrılan torpaq sahəsində üç-beş nəfərlə qırğız televiziyası kanalının çəkiliş qrupunu dəvət edərək, qoyun kəsib parkın guya ona məxsus olduğunu bəyan edərək, ”açılışını” elan etməsi qeyri-qanuni addım idi. Yenə də qeyd etmək lazımdır ki, onun bu kimi əməlləri soydaşlarımızı nüfuzdan salır və millətlərarası münasibətlərə zərər gətirir. Bundan başqa N.Məmmədovla bağlı ilginc məlumat da əldə etdik. Beləki Nüsrət Məmmədov Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən 2004-cü ildə ət qaçaqmalçılğı üstündə cinayət məsuliyyətinə cəlb olunub. Onun daha bir ağlasığmazlığı Nüstət Məmmədov Heydər Əliyev adına fondu qeydiyyatdan keçirərək, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondun laqotipindən,[email protected] elektron ünvanından və fondun vizit kartından da istifadə edib. Sonradan Azərbaycan rəsmi diarələrinin işə qarışmasından sonra fondun adı dəyişdirilib. Lakın Nüsrət Məmmədov öz çirkin niyyətlərindən əl çəkmir, bu gün də Ulu öndərin adından istifadə edir. Deyilənə görə, hal-hazırda çibində iki vizit kartı saxlayır. Onun haqqında çox faktlar yazmaq olar. Məncə, yuxarıda qeyd etdiyimiz faktlar Nüsrət Məmmədovun gerçək psixoloji portretini canlandırdı və o bir daha yalan məlumatlar yaymaqdan əl çəkib,haqq yoluna gələcək”.
İnterpress.az