Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İnterpress.az