Tənzilə Rüstəmxanlının doğum günüdürbackend

Tənzilə Rüstəmxanlının doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki Tənzilə Rüstəmxanlı Azərbaycan və Türkiyə, o cümlədən Türk xalqları arasında mədəni əlaqələrin inkişafında müstəsna xidmətləri var. Belə ki, o, əsas fəaliyyəti iki qardaş xalqın ortaq mədəniyyətinin, türkçülüyün təbliğinə həsr edib.

Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndinən anadan olub. Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir.

1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmişdır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində çalışır.

1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır.

1996-ci il may ayının 3-də Azərbaycan Türk Qadınlar Birliyinin- sədri seçilmişdir. АТQB-nın Azərbaycan ilə yanaşı Türkiyə, İsveç, Kanada, ABŞ, Şotlandiya, Almaniya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələrdə təmsilçilikləri vardır.

Tənzilə Rüstəmxanlı bir çox beynalxalq konfrans və simpoziumların təşkilatçısı və iştirakçısı olmuşdur. Dünya Azərbaycanlıların Konqresində sədrin Türk Dünyası üzrə müşaviridir.

Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfinin Türk dünyasına xidmətlərinə görə, fəxri fərman və mükafatlarına layiq görülmüşdür. Türkiyənin Asılsız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin İdarə Heyətinin üzvüdür.

İctimai işlərlə yanaşı Azərittifaqın fəaliyyətində də aktiv iştirak edən Tənzilə Rüstəmxanlı «koorperasiya əlaçısı» nişanına layiq görülmüşdür. Rəhbəri olduğu Azəri-Türk Qadınlar Birliyi müxtəlif illərdə nüfuzlu sorğu mərkəzlərinin açıqladıqları nəticələrə görə, “ilin ən yaxşı təşkilatı” adına layiq görülmüşdür. Tənzilə Rüstəmxanlı 2001-ci ildə Azərbaycanda keçirilən sorğımın nəticəsinə görə “İlin Qadını” adına layiq görülmüşdür. 2002-ci ildə “ilin vətənpərvər”i, 2003-cu ildə “Azərbaycanın tanınmış ziyalısı” və “Azərbaycanın tanınmış xanımları” beynalxalq layihəsinin qalibi, 2004-cü ildə isə “XXI əsrin tanınmış ziyalısı” diplomları ilə təltif olunmuşdur.

22.12.2006. Azərbaycan-Türk Dünyası ictimai əlaqələrinin inkişafında göstərdiyi fədakar xidmətlərinə görə, “Qız Qalası Milli Mükafatı ilə mükafatlandırılmışdır. Türkçülüyün təbliğində xidmətlərinə görə, 26.12.2006-ci il tarixində “Qızıl Buta” Müstəqil Milli Mükafata təltif görülmüşdür. 17 may 2006. KANAL 7-nin “Zirvədəkilər”ödülünə layiq görülmüşdür.

15 sentyabr 2007-ci ildə Türkiyə Cumhuriyyətinin Kastamonu Bələdiyyə başqanlığı tərəfindən “Türk Dünyası Gənclərinin”əlaqələrinin genişlənməsindəki fəaliyyətinə görə, mükafata layiq görülmüşdür. 02.11.2007. Kərkük türkmənlərinin mükafatına layiq görülmüşdür. 27 mart 2008. Yalova Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyi tərəfindən “Xocalı Soyqırımının təbliği ilə bağlı mübarizəyə” görə, xüsusi mükafatla təltif olunmuşdur. 24 aprel 2010-cu il. Avrasya Qazeteciler Dərnəyi tərəfindən Xüsusi Mükafatla təltif görülmüşdür

5 mart 2011-ci il. Azəri-Türk Qadınlar Birliyi Dövlət Ailə Qadın və Uşaq siyasətinin həyata keçirilməsində səmərəli əməkdaşlığa görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Diplomu ilə təltif olunmuşdur.

2013-cü ildə Türk Egitim-Sen tərəfindən ATATÜRK və Türk milləri mövzusunda keçirilən tədbirin Xüsusi Mükafatına layiq görülmüşdür.

Prezident İlham Əliyevin 2017 ci ildə imzaladığı sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə \”Tərəqqi” medalına layiq görülüb.

Dünyanın hər yerində türk millətinin haqq və hüquqlarının tanınması üçün çalışan Tənzilə Rüstəmxanlı, həmçinin millətimizə qarşı ögey və ədalətsiz münasibət bəsləyənlərə də etirazını açıq şəkildə ifadə edib. O, xüsusən ermənilərin Azərbaycan xalqına və türklərə qarşı genosid siyasətini kəskin pisləmiş, erməni xislətinin hər zaman açılıb ortaya qoyulmasına çalışıb. Dəfələrlə ermənilərin Xocalıda törətdiyi qətliamla bağlı tədbirlər keçirmiş, soydaşlarımızın haqsız yerə dədə-baba yurdlarından didərgin düşməsinə etiraz səsini ucaldıb və onun bu haqlı etirazı türk millətinin səsinə çevrilib.

Xüsusi olaraq onu da qeyd edək ki, Tənzilə Rüstəmxanlıya Azərbaycan, Türkiyə, KKTC, Özbəkistan, Rusiya, Ukrayina, Maldova, Qazxstan, Türkmənistan, Qırğızıstan, ABŞ, Avropa, Cənubi Azərbaycan və digər ölkələrdən olan yüzlərlə gənclər Tənzilə Ana deyə müraciət edirlər. Heç kəsə sir deyil ki Tənzilə xanımda həmin gənclərə ana qayğısı göstərib istər həmin gənclərin Azərbaycanda təhsil aldıqları dönəmdə istərsədə təhsilini basa vurduqdan sonra Azərbaycana qonaq olaraq gəldikdə ilk gedəcəyləri ünvan Tənzilə Rüstəmxanlının evi olur.

İnterpress.az