Tramp –  “Onlar dağıdıcı olacaq”backend

Tramp – “Onlar dağıdıcı olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu haqda Ağ Evin başçısı \”Nyu York Post” qəzetinə müsahibəsində bildirib.

Prezident bildirib ki, demokratlar onun administrasiyası barəsində yoxlamalara başlayarsa, Müllerin araşdırmasına aid olan sənədləri məxfilikdən çıxarda bilər.

\”Əgər onlar prezidenti və onun administrasiyasını məhv etmək istəyirlərsə, mən onları əvvəllər heç kim vurmadığından daha güclü vuracağam”, – Tramp deyib.

Prezidentin sözlərinə görə, sənədlərin açılması Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd Hillari Klintonun seçki kampaniyası ilə FTB və ABŞ-ın Ədliyyə Nazirliyi arasındakı sözləşməni ifşa edəcək.

\”Düşünürəm ki, bu, mənim kampaniyama kömək edəcək. Əgər onlar sərt oynamaq istəyirlərsə, mən də bunu edəcəyəm. Onlar görəcəklər ki, bu səhifələr nə qədər dağıdıcıdır”, – prezident bildirib.

Qeyd edək ki, Amerika seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırma həm xüsusi prokuror Robert Müller, həm də ABŞ Konqresi tərəfindən aparılır.

İnterpress.az