İnterpress.az A24.az istinadən xəbər verir ki, hadisə Gədəbəy rayonunun Novo-İvanovka kəndində yerləşən meşəsində baş verib. Belə ki, naməlum şəxslər meşədən kəsdikləri ağac gövdələrini əvvəlcə ata bağlayıblar. Sonra ata işgəncə verərək ağır yükü daşıtdırıblar.
Görüntülər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Meşələrə qənim kəsilən naməlum şəxsləri heyvana işgəncə verdiklərinə görə tənqid hədəfinə tuş gəliblər.
Meşə orğuları tərəfindən işgəncəyə məruz qalan atın Qarabağ atı olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik:
İnterpress.az