Rusiyanın axtardığı şəxslər Azərbaycanda saxlanılıbbackend

Rusiyanın axtardığı şəxslər Azərbaycanda saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, noyabrın 19-dan 25-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Dağıstanın sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 18 şəxs saxlanılıb.

İtkin düşmüş hesab olunan 4 nəfər tapılıb, mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 61 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 9 avtomat silahı, 1 qumbaraatan, 5 tapança, 80 tüfəng, 31 ədəd sandıqça, 40 qumbara, 30 ədəd qumbara alışdırıcısı, 20 ədəd digər hərbi ləvazimat və sursat, 5642 ədəd müxtəlif çaplı patron aşkarlanaraq müvafiq qaydada götürülüb.

İnterpress.az