Keçmiş SSRİ ölkələrinin prezidentləribackend

Keçmiş SSRİ ölkələrinin prezidentləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, hazırda keçmiş SSRİ məkanının iki ölkəsində dövlət başçısı – prezident postunu qadın tutur.

1956-cı il təvəllüdlü Dalya Qribauskayte 2009-cu ildən Litva prezidentidir. O, ilk dəfə 2009-cu ilin ümumxalq seçkisində prezident seçilib, 2014-cü ilin seçkisində postunu əlində saxlayıb.

1969-cu il təvəllüdlü Kersti Kalyulayd 2016-cı ildən Estoniya prezidentidir. Onu Estoniya parlamenti dövlət başçısı seçib.

1937-ci il təvəllüdlü Vayra Vike-Freyberqa 8 il Latviyanın prezidenti olub. O, 1999 və 2003-cü illərdə parlamentdə prezident seçilib.

1950-ci il təvəllüdlü Roza Otunbayeva 2010-2011-ci illərdə Qırğızıstan prezidenti olub. O, dövlət başçısı postunu müvəqqəti hökumətin qərarı ilə tutub.

1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər daha 10 respublika daxil olub: Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan. Bu ölkələrdə prezident postunu yalnız kişilər tutub.

İnterpress.az