Qazaxda bir ailənin dörd üzvü qidadan deyil, qazdan zəhərlənib – RƏSMİbackend

Qazaxda bir ailənin dörd üzvü qidadan deyil, qazdan zəhərlənib – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyindən İnterpress.az-a verilən məlumata görə, Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan bir ailənin dörd üzvü 28 noyabr 2018-ci il tarixində qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.

Xəstələr tam müayinədən keçirilib və onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib.

Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib.

Rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

İnterpress.az