N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin verdiyi məlumata görə, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölcülü tac dəliyidir:
“Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yetətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq”.
E.Babayevin sözlərinə görə, meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir:
“Çünki diskomfort xeyli artacaq”.
İnterpress.az