Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 1-2-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Dekabrın-2-si gün ərzində şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.
İnterpress.az