İnterpress.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə İrəvan-Sevan-İcevan yolunun 103-cü kilometrliyində baş verib. Belə ki, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq çaya düşüb.
Nəticədə avtomobildə olan sürücü 27 yaşlı Ayk.Ş və onun sərnişinləri 23 yaşlı Araik.D, 26 yaşlı Karen.T xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Onların vəziyyətinin ağır olduğuu bildirlir.
Qeyd edək ki, qəza nəticəsində yaralanan şəxslər Ermənistan Müdafiə Nazirliyinin hərbi polisində xidmət edir.
İnterpress.az