İnterpress.az xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov bildirib.
Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enib: \”Burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub\”.
Etibar Bədəlov qeyd edib ki, ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir: \”Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir\”.
İnterpress.az