Bu barədə Interpress.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəza zamanı “KAMAZ” markalı yük avtomobili və “Chevrolet” markalı minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış bir nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Interpress.az